"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

“Evimiz yaşıl olsun”- Nicat əhmədovdan yeni layihə

--2017-11-04 / 17:25

Azərbaycan  Respublikası  Prezidenti  yanında  Gənclər  Fondunun  maliyyə  dəstəyi  ilə  Bərdə  rayonunda   10  oktyabr  2017-ci il tarixindən 10  yanvar 2018-ci  il tarixinədək  həyata keçirilən  “Evimiz  Yaşıl  Olsun! ”  layihəsinin  icrası  uğurla  davam  edir.  Bu barədə məlumatı layihə rəhbəri Nicat əhmədov  verib.

 Layihədə   iştirak  edəcək  yeniyetmə  və  gənclərin seçim  prosessi  uğurla  başa  çatmışdır. Seçim  mərhələsinə  dəvət  olunan  qonaqlar, Bərdə rayon Gənclər  və  idman  idarəsinin  rəis  müavini Aydın  Qasımov, Bərdə Dövlət idarəetmə və Texnologiya Kollecinin müəllimi aqrar elmlər üzrə fəlsəfə doktoru Xosrov Musayev, Bərdə rayon Uşaq-Gənclər inkişaf Mərkəzinin ekoloji tərbiyyə və təcrübəçilik şöbəsinin əməkdaşı Aynur Məmmədova  doğma  vətənimiz Azərbaycanın, eləcə də Bərdə rayonun  təbiəti  , ekoloji problemlər layihədə haqqında layihədə iştirak edəcək yeniyetmə və gənclərə ətraflı müəlumatlar verilmişdir.

Layihədə iştirak edəcək yeniyetmə və gənclərə Azərbaycan Gənclər Fondunun yaranma tarixi, fondun fəaliyyəti haqqında, həmçinin Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Evimiz Yaşıl Olsun!” layihəsi çərçivəsində nəzərdə tutulan tədbirlər, layihənin məqsəd və vəzifələri haqqında layihə rəhbəri Nicat əhmədov, fəal gənclərdən olan Pərvin əhmədova, Gənclər Fondunun elan etdiyi qrant müsabiqələrində dəfələrlə uğur qazanmış  Namaz Kərimov tərəfindən ətraflı mülumatlar verilmişdir.

Belediyye.info

ŞƏRHLƏR